Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, siyasətçi seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın yox, CHP sədri Kamal Kılıçdaroğlunun qələbəsini gözlədiklərini etiraf edib.
Seçkilərin nəticələrini “məyusedici” adlandıran Rot qeyd edib: “Seçim azad oldu, amma...”.
Siyasətçi Prezident Ərdoğanın ikinci turda yenidən seçiləcəyi təqdirdə əlaqələrin gələcəyi ilə bağlı proqnozlarını bölüşüb: “Ərdoğan yenidən seçilərsə, bu, Türkiyə-Almaniya münasibətlərini çətinləşdirəcək”.
Rot bunun təkcə Almaniya ilə yox, Türkiyə-Avropa Birliyi əlaqələrinə təsir edəcəyini iddia edib:
“Hazırda üzünü Avropaya və dəyərlərimizə çevirəcək birinə ehtiyacımız var və o şəxs qətiyyən Ərdoğan deyil”.