ABŞ administrasiyası yaxın günlərdə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz həmçinin İranın hərbi texnikasının Ukraynada istifadəsi üçün Rusiyaya təhvil verilməsində iştirak edən subyektlərə sanksiyalar tətbiq etməyə davam edəcəyik. Yaxın günlərdə biz Rusiya və İran arasında artan hərbi ticarət əlaqələrində iştirak edənlərə əlavə məhdudiyyətlər elan edəcəyik", - deyə C.Kirbi bildirib.