Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanla danışıqlar barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi hələlik bununla bağlı görüşün olmadığını deyib.
“Yeni bir proses var. İki namizəddən ən çox səs toplayan prezident seçiləcək. Sinan bəyin tezislərini nəzərə alanda bilirəm ki, mövqeyi Cümhur İttifaqına daha yaxındır. Mənim də şəxsi tanışlığım var. Ara-sıra təmaslarımız da olub. Yaxşı bir kampaniya apardı, öz tezislərini dilə gətirdi, terrorla mübarizə, qaçqınlar və digəriləri önəmli mövzulardır.
İndiyə kimi görüş olmayıb, bu gün-sabah oacaq - heç nə deyə bilmərəm. Biz öz kampaniyamıza diqqət yetiririk. Nəzərdən keçirdik, bundan sonra prosesə baxıb dəyərləndirəcəyik. Türkiyənin milli maraqları və köklü milli məsələlər kontekstində mövqelər üst-üstə düşür, harmoniya təmin edilir, yaxınlaşma baş verir və buna uyğun qiymətləndirmə aparılır”, - Kalın bildirib.