16 May 2023 16:24
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın müxalifətin seçkilərdəki uğursuz çıxışlarından danışıb.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi açıqlamasında müxalifət birliyinin bir sıra problemlərinə diqqət çəkib.

“Millət İttifaqının təsis çərçivəsi çox problemli idi. “Tayyib Ərdoğan getsin” fikri üzərində qurulmuş ittifaqdır. Əlbəttə, Tayyib Ərdoğan uğur qazananda bir-birini ittiham etməyə başlayacaqlar. Düşünürəm ki, bu qarşıdurmanın dozası artacaq. Artıq onlar üçün ümumi siyasi mövqe hazırlamaq asan deyil.

Bu seçkidə siyasi baxımdan prezidentimiz qalib gəldi. Texniki cəhətdən ikinci tura gedirik. Millət İttifaqının işi çətindir. Heç 1 faiz səsi belə olmayan partiyalara 35-36 deputat mandatı verdiniz”, - Kalın bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər