Türkiyədə prezident seçkisinin birinci turunda 5 faizdən çox səs toplayan ATA İttifaqının namizədi Sinan Oğanın ikinci turda kimi dəstəkləyəcəyi müzakirə mövzusudur.
Teleqraf.com xəbər verir ki, siyasətçi mövzu ilə bağlı iddialı açıqlama verib.
“Məsləhətləşdikdən sonra qərar verəcəyik. Bu qərarı verəndə də o tərəf qazanacaq. Bu, Ərdoğan və ya Kılıçdaroğlu ola bilər, dəqiq bir qərarımız yoxdur”, - Oğan bildirib.