“İkinci tur bizim üçün daha asan olacaq. Səs fərqimiz ortadadır. 2,5 milyona yaxın fərq var”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mayın 28-də keçiriləcək seçkilərdə yeni seçicilərin olması fonunda səslər arasındakı fərq daha da artacaq.
Xatırladaq ki, seçkilərin 1-ci turunda Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, müxalifəti təmsil edən Kamal Kılıcdaroğlu isı 44,89 faiz səs alıb.