17 May 2023 10:53
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukrayna ordusunun əks-hücumundan əvvəl Baxmuta hücumlarını gücləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Bir neçə gün əvvəl 4 Rusiya batalyonunun Baxmut istiqamətində yerləşdirildiyi bildirilir. Donetsk separatçılarının lideri Denis Puşilin bunu “cinahların sabitləşdirilməsi” adlandırıb.

Artıq ruslar dünən Baxmutda müəyyən qədər irəliləməyə nail olublar.

Amerikalı ekspertlər deyirlər ki, hazırda Rusiya qüvvələri əsas səylərini Baxmuta yönəldiblər. Ukrayna isə dəfələrlə lokal əməliyyatlar keçirməyi hədəflədiyini vurğulayıb.

ISW-nin iddiasına görə, cəbhənin digər ərazilərindən Baxmuta yeni qüvvələr göndərən Rusiya “Vaqner”in şəhərə hücumunun zəifləməsindən narahatlğını göstərir. Ukrayna ordusunun Baxmut ətrafında müəyyən uğurları da Rusiyanı burada taktiki hücum səylərini daha da artırmağa sövq edə bilər. Bundan başqa, Kreml Baxmutun ələ keçirilməsini Ukraynanın əks-hücumu zamanı mümkün itkiləri qarşısında “qələbə” kimi təqdim etmək niyyətindədir.

Durumun getdikcə ağırlaşması və Moskvanın prioritetlərindəki dəyişikliklər Rusiyanın Ukraynanın əks-hücumunu dəf etmək hazırlığını poza bilər.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri son günlərdə Baxmutda müəyyən uğurlar qazanıb. Mayın 16-na olan geolokasiya görüntüləri göstərir ki, Ukrayna ordusu Baxmutun şimal-qərbində irəliləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər