17 May 2023 13:23
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası ABŞ və Qərbdə narahatlıq doğurur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel məlumat verib.

“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar başlayarsa, bu, təkcə ABŞ və digər Qərb ölkələri üçün yox, həm də ixrac-idxal sanksiyalarına məruz qalan təyyarələrə xidmət göstərəcəkləri təqdirdə Gürcüstanda və onun hava limanlarında fəaliyyət göstərən şirkətlərin artan narahatlığına səbəb olacaq”, - ABŞ rəsmisi bildirib.

Patel qeyd edib ki, ABŞ bu vəziyyətə nəzarət edəcək və lazım gələrsə, əlavə tədbirlər görəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər