17 May 2023 17:08
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko Prezident Vladimir Zelenskinin Parisə səfərinin bu ölkənin RTL telekanalında “sirk tamaşası” adlandırılmasından üzr tələb edib.

Teleqraf.com xəbər verir ki, ukraynalı diplomat bunu “nəzakətsizlik” adlandırıb.

“Nəzakətsizlik Fransanın xeyirxah xalqına xas olmayan bir şeydir. Nə empatiya var, nə də məsuliyyət. Mən prezidentimdən və özünün, eləcə də sizin azadlığınız və həyatdan zövq almaq imkanınız üçün əziyyət çəkən və mübarizə aparan Ukrayna xalqından üzr istəmənizi tələb edirəm”, - Omelçenko bildirib.

Kanal Ukrayna prezidentinin səfər anonsunu “Zelenskinin sirki tezliklə burada” adıyla vermişdi. Eyni zamanda, efirdə Zelenskinin Avropa turnesi və avropalı siyasətçilərlə görüşlərinin anonsu sirk tamaşasının reklamı kimi səsləndirilmişdi.

Prezident Zelenski Fransaya mayın 14-də səfər edib. Bu, onun Ukraynadakı genişmiqyaslı müharibədən sonra ikinci səfəri olub. Səfər zamanı Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər