18 May 2023 09:58
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində məhdud əks-hücumları fonunda təşəbbüsü itirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklər deyirlər ki, Ukrayna qüvvələrinin uğurları həm Ukrayna, həm də Rusiya Müdafiə Nazirlikləri tərəfindən təsdiqlənir.

ISW Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinad edərək, Ukrayna ordusunun Boqdaniv (Baxmutdan 5 km şimal-qərb) və İvanivsk (Baxmutdan 6 km qərb) bölgələrində irəliləməsi haqqında bildirir.

Eyni zamanda, “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Müdafiə Nazirliyini tənqid edib. O, nazirliyin Baxmutla bağlı son açıqlamasını “geri çəkilmə” adlandırıb.

Ukraynanın əks-hücumları məhdud xarakter daşısa da, artıq bu mərhələdə ruslar döyüş meydanında təşəbbüsü itirməyə başlayıblar.

Baş Qərargahın məlumatına görə, Ukrayna qüvvələri ötən gün Rusiya ordusunun mövqelərinə qarşı əməliyyat da keçiriblər.

Ukrayna aviasiyası rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20, zenit-raket komplekslərinə 8 zərbə endirib.

Raket qoşunları və artilleriya bölmələri 1 idarəetmə məntəqəsini, 6 canlı qüvvənin cəmləşdiyi ərazini, 2 sursat anbarını, 2 yanacaq anbarını, atəş mövqeyində olan 1 artilleriya bölməsini, 2 zenit müdafiə obyektini və daha iki mühüm hədəfini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu