18 May 2023 12:08
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın raket esminesinin Limassol limanına gəlməsinin Kiprin türk tərəfinin əleyhinə yönəlmiş bölgədə sabitliyi pozan addım olduğunu bildirən Türkiyə Xarici İşlər Nazirliyi Amerikanı bu siyasətini nəzərdən keçirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, XİN Şimali Kipr Türk Cümhuriyyətinin ABŞ-ın 6-cı Donanmasının “USS Arleigh Burke” və sualtı gəmisinin Yunan Kiprinin limanlarına gəlmələrinə qarşı verdiyi bəyanatları şiddətlə dəstəklədiklərini bildirib.

“Şimali Kipr Türk Cümhuriyyəti ilə dəfələrlə vurğuladığımız kimi, ABŞ-ın bölgədə Kiprin türk tərəfinə qarşı atdığı sabitliyi pozan addımları bu ölkənin uzun illərdir adada saxladığı neytral mövqeyini sarsıdır və Kiprdə ədalətli, davamlı anlaşmaya maneə yaradır. ABŞ-ı bu siyasətini nəzərdən keçirməyə dəvət edirik. Bir daha qeyd etmək istərdik ki, Kiprdə qarant dövlət olan Türkiyə bütün şərtlər və şəraitdə Kipr türklərinin legitim hüquq və mənafelərini qətiyyətlə müdafiə etməyə davam edəcək”, - bəyanatda deyilir.

Kipr Türk Cümhuriyyəti XİN-i də ABŞ-ın raket esminesinin Limassol limanına gəlməsinə reaksiya verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər