“Rusiya Prezidenti Vladimir Putin üçün dünya siyasətində cəmi iki lider var”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin və Xarici Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Jirnov deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin hörmət etdiyi nadir liderlərdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Jirnov iddia edir ki, Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb. Eyni zamanda, keçmiş zabit Rusiya prezidentinin Qərbdə çəkindiyi liderin olmadığını söyləyib.
Jirnov əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Çin lideri Si Cinpindən çəkinir və ona hörmət edir. Bununla yanaşı, Kreml rəhbəri Çin liderini daha çox qısqanır, çünki Çin güclü ölkədir, əhalisi çoxdur.
“O, öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq kifayət qədər çətindir”, - Jirnov əlavə edib.