19 May 2023 16:33
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.

“Çünki bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır”, - o əlavə edib.

Ərdoğanın sözlərinə görə, İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə onun NATO-ya üzvlüyünə müsbət baxa bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər