5 Yanvar 2015 14:40
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Kabil şəhərində təşkil edilən intihar hücumunda 2 nəfərin öldüyü, 4-nün isə yaralandığı bildirilib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, şahidlər partlayışın avtomobilə quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verdiyini deyiblər. Ölənlərdən 3-ü polis əməkdaşı olub.


Digər partlayış isə Kabil aerodromunda baş verib. Səlahiyyətlilər hadisə nəticəsində can itkisinin olmadığını açıqlayıblar.

“Taliban” terror təşkilatı hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Samir


Müəllif: