Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş Yaponiyanın Hirosima şəhərində G7 ölkələrinin sammiti çərçivəsində baş tutub.
Mişel görüş barədə tviterdə paylaşım edib: “Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”.