20 May 2023 23:54
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan həm “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həm də Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu ilə keçirilən görüşlərdən sonra hələ qərar vermədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Oğan türkiyəli jurnalist Fateh Altaylıya yekun qərarını bazar ertəsi elan edəcəklərini söyləyib.

Qeyd edək ki, Sinan Oğan mayın 19-da Rəcəb Tayyib Ərdoğanla, Zəfər Partiyasının sədri Ümid Özdağ Kamal Kılıçdaroğlu ilə görüşüb. Görüşlərdən sonra Sinan Oğanın kimə dəstək olacağı maraqla gözlənilir.

Oğan vəziyyəti qiymətləndirmək üçünbu gün Özdağla bir araya gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər