21 May 2023 09:59
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammiti “sevilməyən liderlərin” öz acınacaqlı vəziyyətlərindən kədərləndikləri və cəmiyyətin rəğbətini necə geri qaytarmaq barədə fikir mübadiləsi apardıqları “tənha ürəklər klubu”na çevrildi.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “The New York Times” nəşrində yer alan məqalədə qeyd olunur.

“Bu və ya digər səbəbdən hər bir lider çətin vəziyyətdədir” - materialda deyilir.

“Morning Consult” sorğusunun nəticələrinə görə, sammitə gələn siyasətçilərin heç biri öz ölkələrinin əhalisinin əksəriyyətinin dəstəyini qazana bilməyəcək. Ən yaxşı nəticə 49% bəyənmə reytinqi ilə İtaliyanın baş naziri Corc Meloni olub.

Məqalədə deyilir ki, ABŞ prezidenti Co Baydenin reytinqinin aşağı olmasının səbəbi dövlət borcu, inflyasiya, ştatda cinayət və siyasətçinin özünün qocalması ilə bağlı problemlərdir, fransalı həmkarı Emmanuel Makron isə vətəndaşların yeni pensiya islahatı ilə qınanması ilə bağlı ölkəsində aşağı reytinqə malikdir.


Müəllif: Pərvin Cəfərova