21 May 2023 08:45
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin “Böyük Yeddilik” (G7) qrupunun zirvə görüşündə iştirak üçün Yaponiyaya səfəri ilə əlaqədar tədbirin keçirildiyi Xirosima şəhərində təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Teleqraf.com xəbər verir ki, zirvə görüşünə görə şəhərdə təhlükəsizliyin təminatına cəlb edilmiş 24 min nəfərlik heyətə əlavə qüvvələr cəlb olunub. Yaponiya tərəfi mümkün sui-qəsd və ya təxribat ehtimalını əsas götürərək belə qərar qəbul edib.

Qeyd edək ki, mayın 19-da başlayan G7 ölkələrinin liderlərinin zirvə görüşü ilə əlaqədar Xirosimada fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər