Sistan-Bəlucistan əyalətində ölkənin cənub-şərq sərhədini keçməyə cəhd edən silahlılarla toqquşmada 5 iranlı sərhədçi ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Təsnim” agentliyi məlumat yayıb.
Məlumata görə, şənbə günü gecə saatlarında Seravan şəhərində baş verən qarşıdurma nəticəsində 5 sərhədçi ölüb, ikisi yaralanıb.
İranlı sərhədçilər Mazesar sərhəd zastavasının yaxınlığında sərhədi keçməyə cəhd edən bir qrup silahlı ilə toqquşub. Polis bildirib ki, silahlılar ağır itki verdikdən sonra oradan uzaqlaşıblar.
Sistan-Bəlucistan əyaləti Pakistanla sərhəddə yerləşir. Bölgədə tez-tez silahlı bəluclarla İran hərbçiləri arasında toqquşmalar baş verir.