Bu gün Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərində bir neçə mövqeni geri qaytara bilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı jurnalistlərə açıqlaması zamanı deyib.
"Son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub. Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır", - deyə Çerevatı bildirib.
Qeyd edək ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynanın Baxmut şəhərini tam nəzarətə götürdüyünü vurğulayıb.
Lakin Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bu məlumatı təkzib edib.