22 May 2023 11:49
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə seçkinin ikinci turu ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri açıqlamasında inamlı qələbə mesajı verib.

Prezident Ərdoğanın paylaşımı belədir:

“Mayın 28-də seçkiyə gedəcək bütün bacı-qardaşlarımdan bu sualları səmimi qəlbdən soruşmaq istərdim.

Seçkidən əvvəl pulsuz evlər vəd edib, sonra zəlzələ qurbanlarımızı evindən qovmağa çalışanlara etibar etmək olarmı?

Bürokratik və ya siyasi həyatında ölkəyə heç bir yaxşılıq etməyən adamdan bu millət bir xeyir görərmi?

17-25 dekabr çevriliş cəhdi zamanı FETÖ-çülərlə əlaqəsinin olduğunu öz ağzı ilə etiraf edən birinə etibar etmək olarmı?

Meydanlarda 6-8 oktyabr hadisələrinin təhrikçilərini həbsxanadan azad edəcəklərinə söz verənlərdən separatçı təşkilatlarla mübarizə gözlənilə bilərmi?

Rəqiblərini zərərsizləşdirmək üçün hər vasitəni, o cümlədən şantaj, hədə-qorxu, təzyiq, kaset tələlərini “qanuni” hesab edənlərin siyasi əxlaqına inanmaq olarmı?

Əlbəttə, dünən “ağ” dediyinə bu gün “qara” deyən, dünən dediyini bu gün inkar edənə inanmaq olmaz, övladlarımızın gələcəyini etibar etmək olmaz.

Millətimiz mayın 14-də 323 deputatla parlament çoxluğunu Cümhur İttifaqına verməklə əslində öz iradəsini bəyan etdi.

Prezident seçkisində 49.5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi.

İnşallah 28 mayı əziz millətimizin iradəsi və dəstəyi ilə rekord səslə tamamlayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər