22 May 2023 11:58
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkisinin birinci turunda səslərin 5 faizini qazanan Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Oğanın ikinci turda Prezident Ərdoğanı dəstəkləməyə yaxın olduğu bildirilir.

Müxalif siyasətçinin 5 bəndlik anlaşma imzalayacağı və Ərdoğana dəstəyini açıqlayacağı gözlənilir.

Oğanın Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyü də deyilir.

Siyasətçi yekun qərarını bu gün açıqlayacaq.

Seçkinin ikinci turu mayın 28-də keçiriləcək. Seçkidə mübarizə iki namizəd arasında gedəcək: Prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğlu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər