22 May 2023 14:10
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Ukraynaya verdiyi silahlarla Krıma hücum etmək üçün heç bir məhdudiyyət qoymayıb”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

“Artıq bəyan etmişik ki, Ukraynaya Rusiyaya hücumda Amerika və Qərb silahlarından istifadə etməyə imkan verməyəcəyik. Amma Krımın Ukrayna olduğunu düşünürük”, - Amerika rəsmisi bildirib.

Sallivan əlavə edib ki, ABŞ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində zərbələr endirmək üçün məhdudiyyətlər müəyyən etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər