22 May 2023 15:58
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Moldova üçün strateji tərəfdaş deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Moldova prezidenti həmçinin qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb.

“Əgər sizə hörmət edilmirsə, deməli bu, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 il bizim ərazimizdə qoşun saxlayıbsa, deməli, bunu strateji tərəfdaşlıq adlandırmaq olmaz”, - Sandu bildirib.

Bundan əvvəl Moldova lideri ölkəsinin bundan sonra MDB sammitlərinə və digər tədbirlərə ev sahibliyi etməyəcəyini bəyan edərək, dövlətin qurumdan çıxmasına eyham vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər