Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.
Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.
O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.
Xatırladaq ki, "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.
Həmçinin Sinan Oğanın rəhbərlik etdiyi “Ata İttifaqı" dağılıb.
Bu barədə quruma daxil olan Zəfər Partiyasından bildirilib.
Qeyd olunub ki, “Ata İttifaqı" ümumi qərar qəbul etmək və birgə addımlamaq seçimlərindən imtina edib: “Bu gündən etibarən qurumda təmsil olunanlar özləri qərar qəbul edəcəklər”.