ABŞ administrasiyası Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi düşünmür.
Teleqraf.com xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O, jurnalistin müvafiq sualına: “Xeyr, belə deyil. Mən bununla məhdudlaşacam. Belə deyil”- deyə cavab verib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları yumşaldacağını və ya ləğv edəcəyini bildirmişdi.
Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.