ABŞ-ın maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də federal borcunu defolt edə biləcəyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun Konqresin rəhbərliyinə göndərdiyi məktubda deyilir.
“Ağ Ev və ABŞ Konqresi milli borc tavanının artırılması ilə bağlı razılığa gəlməlidir. Bizim hesablara görə, Konqres iyunun əvvəlinə, hətta bəlkə də iyunun 1-nə kimi bir həll tapmasa, nazirliyin ABŞ hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi ehtimalı böyükdür”, - sənəddə deyilir.