BMT Nyu-Yorkda Türk evinə edilən hücumu pisləyir və ABŞ şəhəriinin hakimiyyət orqanlarından hadisənin hərtərəfli araşdırılmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bunu "Anadolu"ya BMT baş katibinin nümayəndəsinin müavini Farhan Haq deyib.
"Diplomatik nümayəndəlikləri olan istənilən obyektə hücumları pisləyirik. Biz gözləyirik ki, Nyu-York rəsmiləri bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaqlar", - deyə F.Haq bildirib.
Xatırladaq ki, naməlum şəxs Nyu-Yorkda Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin və baş konsulluğunun yerləşdiyi Türk evinə hücum edib.