23 May 2023 14:10
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“F-16 qırıcıları orta perspektivdə Ukrayna üçün vacibdir, amma müharibənin gedişatını dəyişməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.

Onun sözlərinə görə, F-16 ukraynalıların hazırda malik olmadığı aralıq imkanlar yaradacaq, amma vəziyyəti kökündən dəyişməyəcək.

“F-16-lar ukraynalılara kömək edəcək, amma balansı əsaslı şəkildə dəyişməyəcək”, - Kendall bildirib.

Onun fikrincə, ABŞ-ın Ukraynaya yardımının başqa, daha yüksək prioritetləri var və bu səbəbdən təyyarələrin təhvil verilməsinə tez başlanılmayıb:

“Mənə elə gəlir ki, indi bu qərarı vermək rasional idi. Düşünürəm ki, biz daha uzun müddət üçün düşünməyə başlamalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər