PKK terror təşkilatının lideri Duran Kalkanın yaxın mühafizəçisi Türkiyədə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
“Təkirdağda eyni vaxtda 5 mahalda keçirdiyimiz əməliyyatda bu gün səhər saatlarında baş terrorçu Duran Kalkanın yaxın mühafizəçisi və eyni zamanda Yaşıl Sol Partiyasının seçki müşahidəçisi olan şəxs də daxil olmaqla ümumilikdə 24 nəfər saxlanılıb”, - nazir bildirib.