“Suriyanın şimalında 500 minə yaxın qaçqının yeni evlərə köçürülməsi prosesinə artıq başlanılıb”.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 1 milyon suriyalı qaçqın üçün evlərin tikintisi davam etdirilir.