24 May 2023 22:11
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranı məcburi hicab qaydalarının pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutan maddələri ləğv etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun ali komissarı Volker Türk mayın 24-də Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Tehran hakimiyyətini edamları dərhal dayandırmağa çağırıb: “Məhkəmələrin çıxardığı ölüm hökmlərinin və icra edilən edamların sayının artması dəhşətli haldır”.

Qeyd edək ki, İranda parlamentinə hicab qaydalarına əməl etməyənlərin cinayət məsuliyyətinə cəlb edilməməsinə dair qanun layihəsi təqdim olunub. Layihədə yazılıb ki, qaydaları pozanlara əsasən cərimə cəzası veriləcək.

Amma əvvəlcə xəbərdarlıq ediləcək. Hicab qaydalarını təkrar pozan şəxslər isə cərimələnəcək. Belə hal dördüncü dəfə təkrarlanarsa, həmin şəxs məhkəmə orqanlarına təhvil veriləcək. Bundan başqa yeni layihədə qadınların saçlarını və bədənlərinin müəyyən hissəsini örtməsi məcburidir.

Təklif olunan qanun layihəsinə parlamentdə baxılacaq. Əgər layihə qəbul olunasa, yekun təsdiq üçün Nəzarət Şurasına göndəriləcək. Sənəd İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin imzalamasından sonra qüvvəyə minəcək.

Xatırladaq ki, BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türkün Tehran rejiminə müraciəti bu təqdimatla eyni dövrə təsadüf edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər