Taxıl dəhlizində növbələrdə dayanan gəmilərə görə Ukraynanın 1 milyard ABŞ dollarından çox zərərlə üzləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Taxıl Assosiasiyasının (UTA) prezidenti Nikolay Qorbaçov bildirib.
“Bu, ukraynalı kənd təsərrüfatı istehsalçılarının ala bilmədiyi puldur. Bu, treyderlərin gəmilərin çox uzun müddət növbədə durması üçün gəmilərin sahiblərinə ödədikləri puldur”, - o, bildirib.
N.Qorbaçov qeyd edib ki, Rusiya Ukraynanın növbədə olan gəmilərin yoxlanılması qaydasının formalaşdırılması ilə bağlı plan və şərtlərini qəbul etmir və bu, liman terminallarının ritmik işləməsinə imkan vermir.