Baxmut rus silahlı qüvvələrinin ətçəkən maşınına çevrilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mayın 24-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Baxmuta hücum Rusiyaya çox baha başa gəldi: "Bura onlar üçün bir ətçəkən oldu".
Kirbi bildirib ki, Vaşinqtonun mayın əvvəlində Baxmutda rus itkiləri ilə bağlı elan etdiyi təxminlər doğrudur. Lakin o vaxtdan bəri ruslar hər gün daha da güclərini itirirlər