“NATO Gürcüstanın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq imkanlarını məhdudlaşdıran beynəlxalq sanksiyalara əməl etməsini gözləyir”.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. NATO-ya daxil olmayan ölkələrdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, - alyans rəhbəri bildirib.
Onun sözlərinə görə, NATO uzun illərdir Gürcüstanın tərəfdaşıdır:
“NATO ölkədə islahatların aparılmasını dəstəkləyir və onunla siyasi və praktiki səviyyədə əməkdaşlıq edir. Eyni zamanda, Gürcüstan Rusiya ilə demokratik dünyanın zərərli təsiri arasında qalan ölkələr sırasında ən həssasıdır”.
Stoltenberq qeyd edib ki, Rusiya öz nüfuzunu artırmağa və düşmən davranışları ilə keçmiş Varşava Paktı ölkələrə və qonşu dövlətlərə nəzarət etməyə çalışır.
NATO-dan əvvəl ABŞ və Avropa Birliyi də Rusiya ilə əlaqələrini bərpa etməyə başlayan Gürcüstana beynəlxalq sanksiyalara əməl etməsi barədə xəbərdarlıq edib.