Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi ABŞ Prezidenti Co Baydenin Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı irəliləyiş əldə etmək istəyində heç bir dəyişiklik olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Türkiyədəki seçkilərdən sonra F-16 müqaviləsi ilə bağlı Konqresdə hansısa bir gəlişmənin olub-olmayacağı ilə əlaqədar suala Kirbi bu mövzuda hər hansı təminatdan xəbəri olmadığını deyib.
Ağ Ev rəsmisi məsələ ilə bağlı jurnalistləri Konqres rəsmilərinə yönəldib və Baydenin bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb:
“Mən bu barədə yalnız Prezident Baydenin adından danışa bilərəm və onun F-16-larla bağlı irəliləyiş əldə etmək istəyində heç nə dəyişməyib”.