“Minsk çoxdandır ki, Varşavanın Belarusda qiyam kimi bir şey təşkil edəcəyini bilir”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Təəssüf ki, dediklərimə qulaq asmırlar. Bir neçə ay əvvəl demişdim ki, onlar qiyama, inqilaba hazırlaşırlar, Belarusda nəyəsə hazırlaşırlar, bilmirəm. Çoxdan bizə məlumdur ki, buna hazırlaşırlar. Orada bayraqlar, alaylar, batalyonlar - onları belə adlandırırlar - yaradılır. Onların harada olduğunu bilirik və hamısını adbaad tanıyırıq. Biz hazırıq, gəlsinlər”, - Belarus lideri bildirib.