5 Yanvar 2015 22:24
742
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son günlər Hindistan-Pakistan sərhədində yaşanan gərginlik səngimək bilmir. Yaranan qarşıdurma hər iki tərəfdən hərbçilər və dinc sakinlər arasında tələfata səbəb olur. Bu gün baş vermiş son atışma nəticəsində 1 Hindistan və 4 Pakıstan hərbçisi həlak olub.

Teleqraf.com-un "BBC"-yə istinadən verdiyi xəbərə görə, insident Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər. Üstəlik, Pakistan tərəfi atışmalar zamanı 2 dinc sakinin öldüyünü bildirir.

Qeyd edək ki, son zamanlar mübahisəli Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.


Müəllif:

Oxşar xəbərlər