“Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D"-"CNN Türk"ün birgə yayımında deyib.
O qeyd edib ki, Sinan Oğana suriyalı miqrantlarla bağlı mövqeyini də diqqətə çatdırıb.
"Suriyada Qətərin dəstəyi ilə 1 milyon qaçqını yerləşdirə biləcəyimiz evlərin tikintisinə başlayacağıq. Bu evlər maksimum 1 ilə təhvil veriləcək", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti vurğulayıb ki, CHP sədri Kamal Kılıçdaroğlu “ATA İttifaqı”na daxil olan partiyalardan biri - Zəfər Partiyasının sədri Ümit Özdağa 3 nazirlik təklif edib.