26 May 2023 09:58
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə döyüşlərin intensivliyi zəifləyir. Son sutka ərzində Rusiya ordusunun cəmi 22 hücumu qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qoşunları əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində cəmləyib.

Ruslar Kupyan yaxınlığında Masyutiv istiqamətində qurudan hücuma keçərək, taktiki mövqelərini yaxşılaşdırmağa çalışırlar. Rusiya qüvvələri Liman istiqamətində Biloqorivkada irəliləyib.

Baxmut istiqamətində şəhər ərazisində əməliyyatların getdiyi bildirilir. Ruslar Avdiv yaxınlığında Krasnoqorivdə irəliləməyə cəhd göstərib.

Ukrayna ordusu Marin şəhəri ərazisində Rusiyanın çoxsaylı hücumlarının qarşısını alıb.


Müəllif: Mənsur Rəğbətoğlu