26 May 2023 13:27
3 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan son mətbuat konfransında Türkiyəyə qarşı ərazi iddialarından danışıb.

Teleqraf.com xəbər verir ki, baş nazir orta məktəblərdə Türkiyənin Ağrı dağının “Ermənistanın ən böyük dağı” olaraq öyrədildiyini bildirib.

Nikol Paşinyan bunun Ermənistanın Türkiyəyə ərazi iddiası kimi anlaşıldığını söyləyib:

“Şagirdlərlə görüşəndə ​soruşdum ki, uşaqlar, Ermənistanın ən hündür dağı hansıdır? Yarısı, yarıdan çoxu dedi ki, Ararat (Ağrı). İndi gəlin buna digər tərəfdən baxaq. Ararat Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Bəs Ermənistandakı uşaqlar məlumatı haradan alırlar? Məktəblərdə dərslərdə öyrənirlər. Yəni hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində. Bu uşaq desə ki, Ermənistanda ən yüksək dağ Araqat yox, Araratdır, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının olması demək olmayacaqmı?”.

Paşinyanın açıqlamasından sonra “Hraparak” qəzeti təhsil naziri Janna Andreasyana belə bir sual ünvanlayıb:

“Hansı məktəbdə, dərslikdə Ararat Ermənistanın ən yüksək dağı kimi göstərilir? Yoxsa bunu müəllimlər öyrədirlər? Ermənistanın ən yüksək dağı 4090 metr hündürlüyü olan Araqatdır, necə oldu ki, uşaqlar Araratı Ermənistanın ən yüksək zirvəsi hesab edirlər? Bəlkə nazirlik məktəblərə yanlış coğrafiya dərslikləri verir?”.

Andreasyanın cavabı belə olub:

“Hesab edirəm ki, bu, dərslik problemi deyil, çünki dərsliklər dəqiqdir və Ermənistanın ən yüksək dağı ilə bağlı cavab aydındır və o Araqatdır. Burada, məsələn, artıq Ermənistana aid edilməyən, amma coğrafi baxımdan Ermənistanın dağlıq ərazisinə aid olan Ermənistan dağlarının ən yüksək nöqtəsi ilə bağlı çaşqınlıq ola bilər. Bununla bağlı bizə müraciətlər də olub, dərsliklərin təhlili ətraflı təqdim olunacaq”.

Ermənistan Türkiyənin Şərqi Anadolu bölgəsinə, eləcə də bu ərazilərdə yerləşən Ağrı vilayətinə separatçı iddialar irəli sürür. Bu səbəbdən sözügedən tarixi türk ərazilərində yerləşən Ağrı dağını da “həm erməniləşdirib, həm də müqəddəsləşdiriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər