26 May 2023 16:27
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna ilə danışıqlar barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Medvedev Rusiyanin Vladimir Zelenskinin prezidentliyi dövründə Ukrayna ilə dialoqa girməyəcəyini deyib.

Rusiya rəsmisi açıqlamasında Ukrayna prezidentini təhqir edib:

“Nə qədər ki, Kiyev rejimi və Zelenski var, danışıqlar mümkün deyil”.

Eyni zamanda, Medvedev bildirib ki, gec-tez ölkələr razılığa gəlməli olacaq və Rusiyanın artıq gələcək üçün bir neçə “sülh planı” var:

“Gec-tez danışıqlar aparmalı olacaqsınız. Həmişə hər şey danışıqlarla bitir və bu qaçılmazdır, amma bu adamlar hakimiyyətdə olduğu müddətdə danışıqlar baxımından Rusiya üçün vəziyyət dəyişməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər