27 May 2023 09:59
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Baxmut istiqamətində hücum əməliyyatlarının sürətində azalma müşahidə olunur. Çox güman ki, Ukrayna əməliyyatların yeni mərhələsinə başlayacaq. Bu, “Vaqner”in mövqelərinin Baxmutdakı rus bölmələrinə planlaşdırılan ötürülməsini çətinləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Ukrayna qoşunları Orixovo-Vasiliv (Baxmutdan 11 km şimal-qərb) və Klişiv (Baxmutdan 7 km cənub-qərb) ərazilərində uğurlu əks-hücum əməliyyatı keçirib. Ukraynanın əks-hücumu “Vaqner” birləşmələrini ərazidəki mövqelərindən 1 kilometr geri çəkilməyə məcbur edib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Orixovo-Vasiliv yaxınlığında E40 marşrutu (Baxmut-Slavyansk) boyunca yüksək hündürlükdəki mövqeləri ələ keçirib.

Ukrayna əsgərlərinin Klişçiv istiqamətində irəliləyərək Sever Donetsk kanalını keçdiyinə dair sübutlar var. Analitiklər hesab edirlər ki, Ukrayna ordusu bu qəsəbəni mühasirəyə almaq və rus qoşunlarını geri çəkilməyə məcbur etmək niyyətindədir. Bununla belə, geolokasiya görüntüləri göstərir ki, Rusiya qüvvələri Klişçivkanın qərbində məhdud mövqeləri bərpa edib.

Analitiklər Ukraynanın uğurlu əks-hücumları səbəbindən Rusiya qüvvələrinin Baxmutda “Vaqner”i əvəz etməsini çətinləşdirəcəyini deyirlər. Eyni zamanda, ISW Ukrayna ordusunun Baxmutda əməliyyatlarının yeni mərhələsinin başlamaq üzrə olduğunu istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər