28 May 2023 01:20
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya və Belarus arasında taktiki nüvə silahları ilə bağlı razılaşmaya münasibəti ilə bağlı suala Bayden “son dərəcə mənfi” cavabını verib.

Mayın 25-də Rusiya müdafiə naziri Sergey Şoyqu və belaruslu həmkarı Viktor Xrenin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədlər imzalayıb. Xrenin bunun Qərb ölkələrinin “qeyri-dost və aqressiv siyasət”inə cavab olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin martda Belarusda taktiki nüvə silahlarının yerləşdiriləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər