28 May 2023 00:16
7 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada baş nazir Kişida Fumionun katibi və böyük oğlu olan Kişida Şotaroya rəsmi iqamətgahda təşkil etdiyi əyləncəyə görə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, yerli mediada iqamətgahda təşkil olunan ziyafətin fotoları yayılıb.

Yayılan fotolarda Kişidanın qohumları və dəvət etdiyi əcnəbi qonaqlarla iqamətgahda əyləndiyi anlar və qırmızı xalçalı pilləkənlərdə uzanan bir adamın verdiyi poza yer alıb.

Ana müxalifət olan Konstitusiya Demokrat Partiyası (CDP) öz bəyanatında partiyanın dövlət və şəxsi işləri bir-birindən ayıra bilməyəcəyi nümunəsi göstərdiyini açıqlayıb.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlamasında mövqeyini uyğunsuz olaraq xarakterizə edib: “Kişida Şotaroya ciddi xəbərdarlıq edildi. Hökumət vəziyyətdən xəbərdardır. Hadisənin təkrarlanmaması üçün (rəsmi iqamətgahın) düzgün istifadəsini və idarə olunmasını təmin edəcəyik”.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında baş nazir postuna gələn Kişida Fumion səlahiyyət müddətinin birinci ilini başa vuranda sonra 31 yaşlı oğlu Kişida Şotaronu icraçı katib təyin edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər