28 May 2023 02:39
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı şəxsləri arasında yer alan “Microsoft”un qurucusu Bill Qeytsin “gizli sevgisi” Mila Antonovanın ortaya çıxan yeni fotosu böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, fotoda Antonova dünyada “Qırmızı agent” kimi tanınan Anna Çapmanla birlikdə görünür.

2010-cu ildə ABŞ-da üzə çıxan Rusiya casusluq şəbəkəsinin üzvlərindən olan “Qırmızı agent” ləqəbli Çapman gözəlliyi ilə böyük şöhrət qazanıb və dünya mətbuatında seksual pozaları ilə gündəmə gəlib.

Mila Antonova və Çapmanın Nyu-York küçələrində birlikdə gülümsədiklərini əks etdirən foto ətrafında suallar yaranıb. Antonovanın Rusiya kəşfiyyatı ilə əlaqəsi olması şübhəsinə səbəb olub.

Qeyd edək ki, ABŞ-da cinsi zorakılıq, fahişəlik və insan alveri ittihamı ilə saxlanıldığı həbsxanada intihar edən iş adamı Cefri Epsteynin Bill Qeytsi hədələdiyi məxfi yazışmaları ortaya çıxıb. Cefri 2017-ci ildə göndərdiyi elektron məktubda Qeytsi təxminən 30 yaşında olan Mila Antonova ilə münasibətlərini açıqlamaqla hədələyib.

27 illik həyat yoldaşı Melinda Qeytsdən 2021-ci ildə boşanan Bill Qeytsin sözçüsü də təhdid xəbərini təsdiqləyib.


Müəllif: Yeganə Oqtayqızı