“PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüş olmayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.
Nazir CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun səsləndirdiyi iddialarla bağlı bunları deyib:
“İmralıda baş terrorçu Öcalanla heç bir görüş keçirilməyib. Əksinə, terror təşkilatlarının Kamal Kılıçdaroğluna verdiyi dəstəyi gizlətmək üçün qəsdən belə iddialar irəli sürülür. Günəşi palçıqla örtmək olmaz. Heç bir yalanla terror təşkilatlarının Kılıçdaroğluna dəstəyini gizlətmək mümkün deyil”.