27 May 2023 15:08
1 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq “Sakartvelo” adlandırılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu qərarın iki ölkəni bir-birinə yaxınlaşdıracağı iddia olunur.

Qanun layihəsində bildirilir ki, Ukrayna rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də kütləvi informasiya vasitələrində “Gürcüstan”ın əvəzinə “Sakartvelo” rəsmi və tarixi adından istifadə etməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq “kartvelli” adlandırılması təklif edilir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tiflisi yaxınlaşdırmaqla yanaşı, ölkəni ruslaşmış addan azad edəcək.

Bundan əvvəl Ukraynada Rusiyanın adının “Moskva” olaraq dəyişdirilməsi təklif olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər