Daha bir bədbəxt yol-nəqliyyat hadisəsi ABŞ-da yaşanıb. Bu dəfə avtubus qatarla toqquşub. Larimor (Şimali Dakota ştatı) şəhəri yaxınlığında məktəb avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, azı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, qəza zamanı avtobusun sürücüsü və 17 yaşlı yeniyetmə həlak olub.
Qəzada yaralananların yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilir. Hadisə yerinə xilasedici briqadalar və helikopterlər cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.