6 Yanvar 2015 07:46
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiya artıq Avropa Birliyinə üzv olmaq niyyətində deyil. Rəsmi Reykyavik yaxın günlərdə üzvlük müraciətini geri götürmək qəraına gəlib.

Teleqraf.com-un “Rossiya 24” telekanalına istinadən məlumatına görə, bu qərarı İslandiyanın baş naziri Siqmundur David Günnlöqsson açıqlayıb.

Xatırladaq ki, Brüssellə İslansiya arasında danışıqlar 2013-cü ildə Avropa Birliyinin balıqçılıq siyasəti ətrafında mübahisələr fonunda dayandırılmışdı.

AB balıqçılığa kvota tətbiq etmək istəyirdi, bu isə İslandiya tərəfini qane etmirdi. İndi isə Reykyavik Avropa Birliyinə üzvlükdən birdəfəlik imtina etmək qərarına gəlib.


Müəllif:

Oxşar xəbərlər